İstanbul valisi Vasip Şahin terror aktı ilə bağlı açıqlam verib. Lent.azın sozcu.com.tr-yə istinadən xəbərinə görə, vali bildirib ki, hadisə nəticəsində 11 nəfər həlak olub. Terror aktı nəticəsində 7 polis əməkdaşı şəhid olub. Bundan əlavə, 4 mülki şəxs dünyasını dəyişib. Valinin bildirdiyinə görə, 3 ağır olmaqla, daha 39 nəfər isə yaralanıb.
**
11:17
Türkiyənin "Hüriyyet" qəzetinin saytı isə yazır ki, terakt nəticəsində yaralanların sayı 18 nəfərdir. Onların 8 nəfəri polis əməkdaşlarıdır. "Habertürk" isə hadisə nəticəsində iki mülki şəxsin öldüyünü iddia edir. Lakin bu xəbər rəsmi qaynaqlardan təsdiqlənməyib.
**
11:03
İstanbulda polis maşınına bombalı hücum olub. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 5 polis əməkdaşı yaralanıb.
Çevik polis maşınına qarşpı törədilən terakdan sonar hadisə yerinə çox sayda dəstək qüvvələri və təcili yardım maşınları gəlib.
Partlamanın çevik polisin növbə dəyişimi zamanı baş verdiyi, polisləri daşıyan avtobusun hadisə yerindən keçdiyi zaman bombanın partladıldığı bildirilir.
Partlamın şiddəti ilə ərazidəki su boruları və zərər görüb, bölgə suyun altında qalıb. Ətrafdakı binaların demək olar ki, hamısının şüşələri qırılıb.