İŞİD Manbıcdan qaçır

İŞİD Manbıcdan qaçır backend

İŞİD Türkiyə hüdudlarının 18 kilometrliyində yerləşən Manbic qəsəbəsindən qaçmağa başlayıb. Musavat.com-un türk mediasına istinadən verdiyi məlumata əsasən, hərbi əməliyyatların nəticəsində Manbic-Cerablus yolu da tutulub.

ƏMəliyyat zamanı Süleyman şah (Osmanlı dövlətinin qurucusu Osman bəyin babası) türbəsinin olduğu və Kobani döyüşləri sırasında bombalanan Qaraqozaq körpüsünün görüntüləri yayımlıanıb.

2014-cü ildən bəri İŞİD tərəfindən tutulan Manbıcı azad etmək üçün başladılan əməliyyatlarda Manbic hərbi məclisi (Şems er Sami batalyonu və Siwar Mınbıç döyüşçüləri), Fərat briqadaları birliyi və Manbıc türkmənləri birliyinin əsgərləri cəlb olunur.

Əməliyyata ABŞ ordusu havadan dəstək verir.

Dünən Fərat çayının 10 km qərbində strateji Til um-Sərrac təpəsini aldıqdan sonra Manbic-Rakka yolunu ələ keçirən “Manbıc hərbi məclisi”nin əsgərləri həmin təpədə axtarış işləri aparıblar.

Məlumatda İŞİD-in qaçırılan qadınları Til um-Sərrac təpəsində xüsusi yerlərdə saxladığı və burada onlara işgəncə verərək satışa çıxardığı da bildirilir.
Diaspora