Bakıdakı “Mersedes“lər gələn aydan Almaniyaya qaytarılacaq

Bakıdakı “Mersedes“lər gələn aydan Almaniyaya qaytarılacaq backend

Bakıda çox yanacaq işlətdiyi üçün imtina edilən iri mühərrikli avtomobillərə müştəri tapılıb. Belə ki, ötən ildən etibarən satılmadığı üçün bazarlarda qalan və qiyməti xeyli aşağı düşən iri mühərrikli maşınlar Almaniyaya daşınacaq. "VİP Eskort Motors" avtomobil şirkəti iri mühərrikli ikinci əl "Mersedes"lərin alışına başlayır.

Şirkətin rəhbəri Rəşad Quliyev fins.az-a deyib ki, hazırda bu avtomobillərin alışını həyata keçirəcək firma ilə bağlı sənədləşmə işləri aparılır. İyul ayından etibarən 2010-2015-ci il istehsal tarixli 5.0-6.3 litr mühərrikli "Mersedes ML", "Mersedes GL", "Galendevagen", "Mersedes SLS" və digər modellərin alışına başlanacaq. Avtomobilllərin qəbulu üçün əsas şərt onun texniki pasportunda qeyd edilən şassi nömrəsidir. Şassi nömrəsinin ilk 10 rəqəmi avtomobilin kefiyyətinin göstəricisidir. Bu nömrə əvvəlcə yoxlanılır. Kefiyyət uyğun gəlirsə, avtomobil hazırkı bazar qiymətinə uyğun olaraq dəyərləndirilir və alınır".

R.Quliyev hələlik yalnız iri mühərrikli "Mersedes" modellərinin alınacağını əlavə edib. Sonrakı mərhələdə isə digər iri mühərrikli avtomobillərin də alışı həyata keçirilə bilər.
Diaspora