Səudiyyə Ərəbistanının qərarı nefti bahalaşdırdı

Səudiyyə Ərəbistanının qərarı nefti bahalaşdırdı backend

Dünən axşam Səudiyyə Ərəbistanı hökuməti ABŞ şirkətləri üçün neftin satış qiymətini qaldırdığını, avropalılar üçünsə, əksinə, ucuzlaşdırdığını bildirib. Virtualaz.org xəbər verir ki, bu informasiya birjalarda neftin qiymətinin bu səhər alqı-satqı əməliyyatları başlayan andan etibarən yüksəlməsinə səbəb olub.

Belə ki. Bakı vaxtı ilə saat 10:10-da birjalarda Brent markalı neftin iyul fyuçersinin 1 barreli 49,98 dollara satılıb.

Bu göstərici səhər birjalar açıldığı zaman qeydə alınmış rəqəmdən 0,38 dollar, yaxud 0,68% çoxdur.
Diaspora