Hesablama Palatasının sədri Türkiyədə səfərdə olub

Hesablama Palatasının sədri Türkiyədə səfərdə olub backend

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Recai Akyelin dəvəti ilə qardaş ölkənin Hesablama Məhkəməsinin 154-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün Ankara şəhərində səfərdə olub.

Palatadan AZƏRTAC-a bildiriblər ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyənin Ali Audit Qurumunu ildönümü münasibətilə təbrik edərək, tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib, hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə inamını ifadə edib.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlama məktubu oxunub.

Sonra Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman iştirakçıları salamlayaraq, Türkiyə Hesablama Məhkəməsinin yaranmasının 154-cü ildönümü münasibətilə təbrikini çatdırıb.

Tədbirdə Qətər Əmirliyi Audit Bürosunun prezidenti, Səudiyyə Ərəbistanı Baş Audit Bürosunun prezidenti, Şimali Kipr Türk Respublikası Hesablama Məhkəməsinin prezidenti həmkarlarını təbrik ediblər.

Səfər çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə Hesablama Məhkəməsinin ildönümü ilə əlaqədar mayın 30-da verilmiş ziyafətdə iştirak edib.
Diaspora