Çində növbəti devalvasiya: yuan dollar qarşısında sürətlə dəyər itirir

Çində növbəti devalvasiya: yuan dollar qarşısında sürətlə dəyər itirir backend

Çin Xalq Bankı növbəti dəfə yumşaq devalvasiyaya əl atıb. APA TV-nin məlumatına görə, bu səhər yuan dollara nisbətdə 0,43 faiz ucuzlaşdırılıb. Hazırda yuanın dollara nisbəti 1/6,5490-a bərabərdir. Bu son beş ildə Çin valyutasının dollara nisbətdə ən aşağı məzənnəsidir.

Xalq Bankı yuanı ucuzlaşdırmaqla ölkənin ixrac potensialını stimullaşdırmaq istəyir. Ekspertlərin fikrincə, yuanın növbəti dəfə dollar qarşısında dəyərdən salınması Federal Ehtiyat Sisteminin iyunda keçiriləcək toplantısı ilə bağlı ola bilər. Əgər FES toplantıda dolların uçot dərəcəsini artırsa, bu, digər ölkələrin milli valyutalarının ucuzlaşmasına gətirib çıxaracaq. FES-in aprel toplantısının protokolları açıqlandıqdan dərhal sonra Çin mümkün ehtimalları göz önünə alaraq yuanı ucuzlaşdırıb. Bu, son iki həftə ərzində Çin Xalq Bankının həyata keçirdiyi ikinci yumşaq devalvasiyadır.

Diaspora