Dövlət rüsumlarının ödənişi dayandırılıb

Dövlət rüsumlarının ödənişi dayandırılıb backend

Azərbaycanda "Modenis" şirkəti (eManat terminallar şəbəkəsinin sahibi) ödəmə terminalları vasitəsilə dövlət rüsumlarının ödənişini dayandırıb.

Qaziler.az bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Hazırda vergi rüsumları və dövlət sosial sığorta üzrə ödəmələrlə əlaqədar ödənişlər edilməsi mümkün deyil.

Şirkətdən bildiriblər ki, həmin ödəmələrin həyata keçirilməsi maliyyə məsələsi ilə əlaqədardır: "Hazırda ödəmələrin bərpa edilməsi üzrə danışıqlar aparılır. Yaxın aylar ərzində bunun yenidən mümkün olacağı istisna edilmir".

Hazırda ödəmə terminalları vasitəsilə Xırdalan şəhəri, Bakının Nəsimi, Yasamal, Nizami, Sabunçu rayonları üzrə bələdiyyə vergilərinin qəbulu həyata keçirilir.
Diaspora