Kreml Rusiyaya qarşı sanksiyaların uzadılması xəbərini şərh etdi

Kreml Rusiyaya qarşı sanksiyaların uzadılması xəbərini şərh etdi backend

Moskvada hesab etmirlər ki, Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması qlobal iqtisadiyyata və beynəlxalq məsələlərin inkişafına müsbət təsir edəcək. Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Kremlin mövqeyi dəyişməyib. Biz əvvəlkitək əminik ki, bu bizim gündəliyimizdə duran məsələ deyil. Bununla bərabər, düşünmürük ki, bu cür qərarlar qlobal iqtisadiyyat və beynəlxalq məsələlərin inkişafı üçün müsbət effektə malikdir”, - Peskov belə deyib.

Bu günlərdə Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, “Böyük yeddilik” ölkələri iyun ayında Rusiyaya qarşı sanksiyaları uzatmağa razılıq veriblər.
Diaspora