"Türk Hava Yolları"na məxsus təyyarə Belqradda təcili eniş edib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarə terror şübhəsinə görə eniş edib. Belə ki, THY-nin İstanbul-London uçuşunu həyata keçirən sərnişin təyyarəsinin göyərtəsində sahibsiz mobil telefon tapılıb.Təyyarə təcili Belqrada eniş edib və hava limanındakı polislər göyərtədə axtarışa başlayıb.