Rusiyada azərbaycanlı biznesmenin bazası yandırıldı

Rusiyada azərbaycanlı biznesmenin bazası yandırıldı backend

Rusiyanın Yekaterinburq şəhərində 4 saylı meyvə-tərəvəz bazası yandırılıb. Lent.az-ın məlumatına görə, bu gün səhər 9 radələrində bazanın ərazisinə xüsusi təyinatlılar və çox sayda polis qüvvələri yeridilib. Məlumata görə, bazanın əsas icarədarlarından olan Azər Piriyev hadisə yerindən qaçıb.


İlkin ehtimallara görə, 4 saylı baza qəsdən yandırılıb. Mənbənin dediyinə görə, hadisəylə bağlı 70-dən çox şəxs saxlanılıb. Hazırda onlar şəhər polis idarəsindədirlər.

Xatırladaq ki, adıgedən baza Ural regionunun ən böyük meyvə-tərəvəz bazası sayılır. Bu baza ətrafında ətrafında isə illərdir qalmaqal səngimək bilmir. Ona sahib olmaq üçün qanuni oğru Rövşən Lənkəranskidən tutmuş yerli diaspora lideri Şahin Şıxlinskiyə qədər bir çox nüfuzlu şəxslər mübarizə aparır.

Bazarı ələ keçirmək istəyənlər arasında Ded Xasan tərəfdarları olan kürd klanının da adı çəkilir.
Diaspora