Ağdaşda 6 nəfər deputatlığa namizəd olub

Ağdaşda 6 nəfər deputatlığa namizəd olub backend

90 saylı Ağdaş Seçki Dairəsindən deputat seçilmək üçün təkrar seçkilərə qatılanlardan 6 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Lent.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib. O bildirib ki, bu saatadək 14 nəfərin seçkilərdə namizədliyini irəli sürülməsi təsdiq olunub: “14 nəfər imza vərəqlərini alsa da, onlrdan 11 nəfər- bu vərəqələri imzaladaraq DSX-ya təqdim edib. Onlardan isə YAP-ın Ağdaş rayon təşkilat sədri Cavid Osmanovun, Ümid partiyasının sədri İqbal Ağazadənin, bitərəflər- Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayevin namizədliyi qeydə alınıb. Yəni cəmi altı nəfərin".

Qeyd edək ki, prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyası da (MSK) həmin seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.

MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
Diaspora