Azərbaycandan Rusiyaya aparılan 18 tondan çox süd və süd məhsulu saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın fitosanitariya və baytarlığa nəzarət xidməti - “Rosselxoznadzor” idarəsinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, "Rosselxoznadzor"un Moskva şəhəri üzrə idarəsinin əməkdaşları, paytaxt, eləcədə Moskva və Tula vilayətlərində sertifikatı yanlış rəsmiləşdirilmiş 18 tondan çox süd məhsulunu Tula ərazisində saxlayıb.
"Moskva şəhəri Federal Xidmətin İdarəsi Azərbaycandan daxil olan 18.7 ton dəyərində süd məhsullarının rəsmiləşdirilməsi prosesini dayandırılıb", deyə, məlumatda deyilir.Məlumatda o da qeyd edilib ki, baytarlıq yoxlamasının keçirilməsi vaxtı təyin edilib ki, məhsulları saxlanılan şəxsin təqdim etdiyi sənədlər xüsusi blankda yox adi kağızda "rəsmiləşdirilir". Onun üzərində xüsusi nişanlar da yoxdur.
Hazırda həmin məhsullar saxlamaya kamerasına yerləşdirilib.