Hindistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalındakı Himaçal-Pradeş ştatında qeydə alınıb.
Yeddi nəfərin hadisə yerində öldüyü, xəsarət alanların xəstəxanaya çatdırıldığı bildirilir.Hadisə şahidlərinin sözlərinə görə, avtobus hərəkətdə olarkən mobil telefonla danışan sürücü idarəetməni itirib.