​Dünya Bankı Bakıda TANAP-ın maliyyələşdirilməsi məsələsini müzakirə edəcək

​Dünya Bankı Bakıda TANAP-ın maliyyələşdirilməsi məsələsini müzakirə edəcək backend

Bu gün Dünya Bankının (DB) enerji və mədən sənayesi üzrə qlobal praktika meneceri Ranjid Lamexin (Rangid Lamex) rəhbərlik etdiyi missiyanın Azərbaycana səfəri başlayıb.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, səfərin məqsədi Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi imkanları ilə bağlı məsələləri müzakirə etməkdir.
Məlumata görə, 4 gün davam edəcək səfər çərçivəsində Bankın missiyası Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və digər iqtisadi qurumlarda görüşlər keçirəcək.
Həmçinin, DB-nin Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer də bu gün Azərbaycana gəlib. Artıq Maliyyə Nazirliyində görüş keçirən H.Timmer həmçinin Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və digər iqtisadi qurumlarda da olacaq.
H.Timmerin səfərinin mayın 24-də yekunlaşacağı bildirilir.
Xatırladaq ki, dünəndən etibarən DB-nin maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycandadır. R.Behrndt Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla görüşüb. Qonağın hökumətin iqtisadi blokunun digər üzvləri ilə də görüşməsi gözlənilir.
Diaspora