Rusiyanın “R-farm” dərman şirkəti Azərbaycan bazarına girməyi planlaşdırır. Axar.az xəbər verir ki, bunu “Vedomosti” qəzetinə müsahibəsində şirkətin Baş direktoru Vasili İqnatev söyləyib.
Onun sözlərinə görə, Azərbaycanla yanaşı, şirkət Qazaxıstan və Belarus bazarlarına da girmək fikrindədir.
Qeyd edək ki, “R-farm” şirkəti 2001-ci ildə yaradılıb. Şirkət Rusiya dərman bazarının 10%-nə nəzarət edir.