Dollar sürətlə bahalaşmağa başladı

Dollar sürətlə bahalaşmağa başladı backend

"Komitəsinin üzlərinin əksəriyyəti bildiriblər ki, statistik məlumatlar II rübdə iqtisadi artımın sürətlənəcəyini, əmək bazarında vəziyyətin yaxşılaşacağını və inflyasiya həddinin 2%-lik hədəfi aşacağına işarə edəcəyi təqdirdə federal kredit vəsaitləri üzrə faiz dərəcələrinin artırılması ağlabatan olacaq", - deyə protokolda qeyd olunub.


APA-nin məlumatına görə, bununla yanaşı, protokolda qeyd olunub ki, FES-in rəhbərliyində təmsil olunan bəzi şəxslər iyunadək statistik göstəricilərin iqtisadiyyatda ümumi tendensiyalarla bağlı nəticə çıxarmağa imkan verməyəcəyindən ehtiyatlandıqlarını deyiblər.

Yeri gəlmişkən, bazar iştirakçılarının 32%-i ABŞ-da faiz dərəcələrinin artırılacağı ehtimalının olduğunu deyir. Mayın 16-da bu göstərici 4% təşkil edirdisə, protokollar açıqlanana qədər bu ehtimal 16%-dək yüksəlib.

Xatırladaq ki, komitənin növbəti iclası iyunun 14-15-də keçiriləcək.

* * *23:54

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) aprel ayında keçirilmiş iclasının ptokolları açıqlanıb.

Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, protokollara görə, FES iyun ayında faiz dərəcələrini artıra biləcəyini bildirib.

Bu xəbər yayıldıqdan bir neçə dəqiqə sonra birjalarda dolların qiyməti sürətlə artmağa başlayıb. Eyni zamanda, neft ucuzlaşmaqdadır.
Diaspora