"Avropa heç zaman əldə edə bilmədiyi qazı məhz TANAP, yəni Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə əldə edəcək. Bazara yeni mənbədən olan qazın çıxması rəqabət yaradır. Bir şeyi də nəzərə alın ki, bu, yalnız yeni mənbədən olan qaz deyil, eyni zamanda yeni marşrutla nəql olunan qazdır". "APA-Economics" xəbər verir ki, bunu "İnterfax" agentliyinə müsahibəsində ABŞ Dövlət Departamentinin beynəlxalq energetika məsələləri üzrə xüsusi elçisi və koordinatoru Amos Hokstayn deyib.
"Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazı Avropaya nəql olunacaq. Ola bilər ki, həmin layihə üzrə gələcəkdə Türkmənistan qazı da Avropa bazarına çıxsın. Başqa sözlə, Avropaya yeni enerji mənbələri gəlir. Məni arzu edirəm ki, Avropada TAP layihəsini "yemləyən" LNG terminalları olsun və Xəzər dənizindən nəql olunan qazla rəqabət yaransın. Ümumiyyətlə, mən güclü rəqabətin və əlçatan qiymətlərin tərəfdarıyam", - deyə A. Hokstayn qeyd edib.