Paris-Qahirə reysini həyata keçirən “EgyptAir” aviaşirkətinə məxsus təyyarə radar ekranlarından itib. APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” məlumat verib.
“Airbus 320”-nin göyərtəsində heyət üzvləri də daxil olmaqla 58 nəfər olub. Son məlumatlara əsasən, pilotların son danışıqları Afina və yaxud Türkiyə hava məkanında olub. Heyət bundan sonra əlaqəyə girməyib.Parisdən Qahirəyə uçan təyyarə yoxa çıxdı

