SOCAR 1 milyard kredit götürəcək

SOCAR 1 milyard kredit götürəcək backend

Kredit Neft-Qaz və Neft Kimya Kompleksinin tikintisinin maliyyələşdirilməsinə sərf olunacaq. SOCAR Azərbaycanda yeni inşa ediləcək Neft-Qaz və Neft Kimya Kompleksinin (OGPC) tikintisini maliyyələşdirmək üçün Azərbaycan Mərkəzi Bankından kredit cəlb edəcək.

“APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, bununla bağlı alyanslarla layihə maliyyələşdirilməsi prinsipi ilə danışıqlar davam etdirilir: “Biz çalışırıq ki, kompleksin tikintisində üzərimizə düşən 80% maliyyəni öz qaynağımız olan Mərkəzi Bankdan aldığımız uzunmüddətli kreditlə verək. Qalan 20% hissəsini isə ixrac banklarından cəlb edək”.

O bildirib ki, Mərkəzi Bankdan cəlb olunacaq kredit bir mlrd. manata yaxın olacaq. Kredit layihənin tikintisinə başlayanda 10 il müddətinə götürüləcək: “Kredit 5 il müddətinə ödənişin uzadılması ilə cəlb ediləcək. Düşünürəm ki, 3-4 il müddətinə layihənin tam tikilib istifadə verilməsi mümkün olacaq”.

Onun sözlərinə görə, OGPC-də tender prosedurları aparılır: “Düşünürəm ki, bu yay aylarında artıq tenderin elan ediləcək və podratçı alyanslar seçiləcək”.
Diaspora