Sanksiyaların götürülməsindən sonra İran neftin ixracatını gündə 2,1 milyon barelə çatdırmaq niyyətindədir. Avropa.info xəbər verir ki, bu 2015-ci ilin göstəricilərindən 60% yuxarıdır. İxracatın artmasına səbəb kimi ölkənin sanksiyalarla üzləşdiyi dövrdə neft tankerlərində ortaya çıxan nasazlıqların təmiri ilə izah olunur.
Aprel ayında İranın Asiya ölkələrinə göndərdiyi neftin miqdarı gündə 1,7 milyon barel təşkil edib. Bu isə 2015-ci ildəki göstəricidən 1/3 dəfə böyükdür.
May ayında Tehran Asiya bazarına gündə 1,6 barel neft tədarük etməyi planlaşdırır. İranın ən böyük alıcısı isə gündə 840 min barellə Çindir.