Transadriatik boru kəməri (TAP) Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə nail olunması üzrə səylərini dəstəkləyəcək.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Baş nazirin birinci müavini Yaqub Eyyubov Salonikidə TAP-ın tikintisinin başlanılmasına həsr edilmiş mərasimdə deyib.Onun sözlərinə görə, boru kəməri Avropa ölkələrinə təkcə mənbələri deyil, həm də qaz tədarükü marşrutlarını şaxələndirmək imkanı verir: "TAP Avropanın enerji təhlükəsizliyinə nail olunması üzrə səylərinə ciddi dəstək verəcək".
Y.Eyyubov əmin olduğunu bildirib ki, layihə birgə səylərlə vaxtında başa çatacaq və 2020-ci ildə Azərbaycan qazı Avropaya çatacaq.
Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.