Həftənin ilk alqı-satqı əməliyyatlarının nəticələrinə görə, dünya birjalarında neftin qiyməti yüksəlməyə başlayıb.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 10:15-də Brent markalı neftin iyul fyuçersinin 1 barrelinin qiyməti 48,51 dollar təşkil edib.
Bu göstərici cümə günü birjalar bağlanarkən qeydə alınmış rəqəmdən 0,68 dollar, yaxud 1,42% çoxdur.