Qətərli nazir açıqlama verdi, neft sürətlə bahalaşmağa başladı

Qətərli nazir açıqlama verdi, neft sürətlə bahalaşmağa başladı backend

Dünya bazarında “qara qızıl”ın qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, hazırda “Brent” markalı neftin bir bareli 45,53 dollardan satılır. Bu, dünənki qiymətlərdən 2 dollar bahadır. “Brent”lə birlikdə Qərbi Texas nefti də bahalaşmaqdadır. Dünən birjaların səhər seanslarında bir bareli 43,41 dollardan satılan WTI nefti hazırda müştərilərə 44,62 dollardan təklif olunur.

Neftin bahalaşmasına təsir göstərən amillərdən biri Qətərin energetika və sənaye nazirinin açıqlamaları olub. Qətərli nazir bildirib ki, bu il dünyada neftə olan gündəlik tələbatın 1,2 milyon barel artacağı gözlənilir. O, bu səbəbdən bazarda ilin ikinci yarısında balans yaranacağını deyib.

Diaspora