Bakıda ŞOK cinayət: Özünü İŞİD üzvü kimi tanıdan şəxs uşağı girov götürüb

Bakıda ŞOK cinayət: Özünü İŞİD üzvü kimi tanıdan şəxs uşağı girov götürüb backend

Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlının oğlunu girov götürərək azad etməsi müqabilində pul tələb etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci PB-yə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirib.

Aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elnur Məmmədov tutulmuş, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırma aparılır.
Diaspora