“Moskvada yerləşən Rusiya Beynəlxalq Turizm Akademiyasında separatçılıq baş alıb gedir. Akademiyanın 2-ci mərtəbəsində Ermənistanın xəritəsi asılıb. Xəritədə isə Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Dəfələrlə Akademiyanın rektoruna müraciət etsək də, bu xəritə yığışdırılmır”.
Bu sözləri Lent.az-ın əməkdaşıyla söhbətində Akademiyanın azərbaycanlı tələbələrindən biri deyib. Onun dediyinə görə, bu xəritə hər il dəyişdirilir. Xəritədən başqa Akademiyada Ermənistana turizm təşkilini təşviq edən broşürlər paylanır. Həmin broşürlərdə də Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilir”.Məsələylə bağlı Akademiya ilə aləqaə saxladıq. Akademiyadan isə ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Alla Dolqovayla isə əlaqə saxlamaq mümkün olmadı.
Xatırladaq ki, adıgedən Akademiyanın Rusiyanın bir neçə şəhərində, eyni zamanda Ermənistanda da filialı var.