Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,90 dollar ucuzlaşaraq 43,83 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,74 dollar azalaraq 44,62 dollar olub.Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,97 dollar bahalaşaraq 46,68 dollar təşkil edib.