Türkiyənin milli valyutası may ayının 4-5-də dollarla müqayisədə 7,2% dəyərdən düşüb. "Report" xəbər verir ki, dolların məzənnəsi mayın 4-də 2,78 TRY/USD səviyyəsindən bu gün, mayın 5-də 20 bənd və ya 7,2% artaraq 2,98 TRY/USD-yə kimi yüksəlib.
Lirənin bu qədər kəskin ucuzlaşmasına səbəb isə Türkiyə prezidenti R.T.Erdoğan ilə baş nazir A.Davudoğlu arasındakəı anlaşılmazlığa görə yaranan siyasi böhran göstərilir.
Qeyri-rəsmi məlumatlara görə, baş naziriin istefa verəcəyi bildirilir. Belə olduğu halda, dolların məzənnəsinin 3,00 TRY/USD səviyyəsini də keçəcəyi ehtimal edilir.
Qeyd edək ki, İstanbul Birjasının əsas göstəricisi sayılan BİST-100 indeksi son 3 gündə 6 000 bənd və ya 7% azalaraq 79 000 səviyyəsinə enib.
Analitiklər siyasi böhranın davam edəcəyi təqdirdə indeksin 75 000-ə qədər geriləcəyini proqnozlaşdırırlar.