Ötən gecə Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. M. Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda başlanıb.
***
10:05
Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə edən 4 nəfərdən biri əlindəki qumbaranı partladıb. Partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qranatı partladıb. Nəticədə iki nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. 22 yaşlı Orxan Mirzəyev, 18 yaşlı Nəriman Əhmədov və 41 yaşlı Sadiq Əhmədov Abbas Səhhət adına şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.