Diyarbəkir əyalətinin Diclə rayonunda törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 26 nəfər yaralanıb. APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, aralarında mülkü vətəndaşların də olduğu yaralılar helikopter və təcili yardım maşınları ilə Diyarbakır Hərbi Hospitalına göndərilib.
Son məlumata əsasən, yaralılardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.***
Diyarbəkir əyalətinin Diclə rayonunda partlayış baş verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident jandarm binası yaxınlığında qeydə alınıb.
Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 3-dən 10-dək hərbçi yaralanıb.
Qeyd edək ki, mayın 1-də Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.