Azərbaycanda iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşdiriləcək.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.Milli Fəaliyyət Planına əsasən Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2016-2017-ci illərdə iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsini təmin etməlidir. Milli Məclis, Baş Prokurorluğa da bu tədbirlərin həyata keçirilməsinə dəstək vermək tövsiyə edilib.