Azərbaycan neftinin bir barreli 48 dollardan baha satılır

Azərbaycan neftinin bir barreli 48 dollardan baha satılır backend

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,04 dollar bahalaşaraq 46,01 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,34 dollar artaraq 48,11 dollar olub.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,53 dollar bahalaşaraq 48,09 dollar təşkil edib.
Diaspora