“Petkim“ I rübü 80 mln. manatlıq mənfəətlə başa vurub

“Petkim“ I rübü 80 mln. manatlıq mənfəətlə başa vurub backend

"Petkim Petrokimya Holding A. Ş." 2016-cı ilin I rübünü 149 mln. lirə (79,9 mln. manat) məbləğində xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,35 dəfə çoxdur.

Qaziler.az "APA-Economics"ə istinadən xəbər verir ki, hesabat dövründə holdinqin aktivləri 5 mlrd. 461 mln. lirə (2,9 mlrd. manat) təşkil edib.

Holdinqin baş direktoru Sadettin Korkut bildirib ki, "Petkim Petrokimya Holding A. Ş." Ari ilin I rübündə strategiyasına uyğun olaraq bazar tələblərinə çevik cavab verə bilib: "Bu zaman kəsiyində biz riskləri və fürsətləri yaxşı dəyərləndirərək satışlarımızı artırmağa kökləndik".

Baş direktor əlavə edib ki, holdinq 2015-ci ildə əldə etdiyi yüksək gəlirliliyi qorumaq üçün xərcləri də azaldıb, aktivlər daha effektiv idarə olunub.
Diaspora