“Aztelekom” MMC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.
Qaziler.az bildirir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, MMC-nin maliyyə şöbəsinin müdiri Faiq Cəfərov, baş direktorun müşaviri Kərim Rəhimov və “Aztelekom” MMC-nin baş mühasib vəzifəsini müvəqqəti icra edən Aslan Məcidov tutduqları vəzifədən azad olunublar.“Aztelekom” MMC-dən “APA-Economics”ə faktı təsdiqləyiblər.
Qeyd edək ki, “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.