2018-ci ilin iyun ayının 14-dən iyul ayının 15-dək oyunları Rusiyanın 11 şəhərində keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıqla əlaqədar işlərə ayrılmış vəsaitin həcmi daha 3,7 milyard rubl azaldılıb.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumat RF hökumətinin hüquqi informasiya portalında yerləşdirilib.Qeyd edək ki, bir qədər əvvəl dünya çempionatına hazırlıq işlərinin büdcəsi 6 milyard rubldan çox ixtisar edilmişdi.
Son ixtisarın nəticəsində hazırlıq işlərinə ayrılmış vəsaitin həcmi 620,865 milyard rubldan 617,167 milyard rubla enib.