​“Google”un baş direktoru: “Smartfon erası sona yaxınlaşır”

​“Google”un baş direktoru: “Smartfon erası sona yaxınlaşır” backend

“Smartfon erası sona yaxınlaşır. Yaxın vaxtlarda ən tanınmış gadcetlər öz yerini süni intelektə verəcək”.

Qaziler.az-ın məlumatına görə, “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu “Google”un baş direktoru Sundar Piçai deyib.
Onun sözlərinə görə, artıq yeni dövrdə prioritetlərin dəyişməsi baş verir: “Mobilliyin birinci yerdə durduğu dünyada məhz smartfonlar və planşetlər ilkin tələbat əşyaları hesab edilir. Lakin tezliklə bu vəziyyət dəyişəcək. Elektron qurğular istifadədən çıxarılmasalar da, onlardan artıq başqa cür istifadə ediləcək. “Google” süni intellektin hazırlanması istiqamətində artıq bir çox işlər həyata keçirib”.
“Eyni zamanda, intellekt assistenti hansı qurğudan istifadə etməyinizdən asılı olmayaraq, sizi izləmək imkanına malik olacaq. Bu yanaşma "Microsoft" sisteminin öz proqram əlavəsi olan “Cortana”dan faydalanmaq prosesinə çox bənzəyir. Məhz “Google” texnologiyalar bazarında bu yenilik inqilabına imza atacaq, çünki bu şirkət axtarış sistemi barədə digər firmalardan daha çox məlumata malikdir”, - deyə baş direktor bildirib.
Qeyd edək ki, “Google” hazırda müxtəlif növ süni intellekt üstünlüklərini özündə birləşdirən layihə üzərində işləyir.
Diaspora