Kişinyovda iğtişaşlar: 14 polis əməkdaşı yaralandı

Kişinyovda iğtişaşlar: 14 polis əməkdaşı yaralandı backend

Moldovanın paytaxtı Kişinyovda baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı ağır yaralanıb. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova polisinin nümayəndəsi Tamara Prokopiy bildirib.


Qarşıdurma etirazçıların hakim Demokratik Partiyanın sədr müavini Vladimir Plaxotnyukun evi qarşısında aksiya keçirməyə cəhd etdikləri zaman baş verib.

Aksiyaçılar növbədənkənar seçki və Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

Təşkilatçılar aksiyada 30 minə qədər, polis isə 10 minə qədər insanın iştirak etdiyini bildirib. Polis aksiya təşkilatçılarının nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı və Kişinyova gəlmək istəyən insanların əhəmiyyətli qisminin qarşısının alındığı barədə ittihamını da qəbul etməyib. Bununla belə, hazırda Kişinyovun mərkəzində hərəkət tamamilə dayandırılıb, marşrut avtobusları və trolleybuslar hərəkət etmir. Şəhərin bir rayonundan digərinə yalnız taksi ilə getmək mümkündür.

Diaspora