"Ziraat Bank Azərbaycan" ASC-nin rəhbərliyində dəyişiklik olub.
Qaziler.az "APA-Economics"ə istinadən xəbər verir ki, bankın İdarə Heyəti sədrinin müavini Alptekin Sarıgöl vəzifəsində uzaqlaşıb.Onun yerinə hələlik təyinat yoxdur.
A. Sarıgöl "APA-Economics"ə xəbəri təsdiqləyib. O əlavə edib ki, bundan sonra fəaliyyətini "Ziraat Bank"ın Türkiyədəki filiallarından birinin müdiri kimi davam etdirəcək.
Qeyd edək ki, İdarə Heyətinin sədri Avni Demirci, üzvü isə Vüqar Rəfiyevdir.