AÇ-də I gün: Qurbanlı ippona düşdü, Kərimov Karapetyanla üz-üzə - YENİLƏNİR

AÇ-də I gün: Qurbanlı ippona düşdü, Kərimov Karapetyanla üz-üzə - YENİLƏNİR backend

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına (AÇ) start veriləcək. Apasport.az saytının məlumatına görə, Rioya lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq.

Kişilər
60 kq
İlk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayacaq. “Böyük dəbilqə”nin qalibi Tom Şmit (Lüksemburq) – Arif Bağırov (Belarus) cütünün qalibini gözləyir.

Bu çəkidə tatamiyə çıxacaq digər təmsilçimiz İlqar Müşkiyev isə Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşacaq.

66 kq
Millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov birinci qarşılaşmadaca Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gələcək.

Qadınlar
48 kq
Bu çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gəlib. O, startdaca məğlubiyyətə üzülüb. Rəqib həmyerlimizi 67 saniyəyə ippona salıb.

Qeyd edək ki, yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.
Diaspora