20 dollarlığın üzərində qaradərili qadın şəkli olacaq

20 dollarlığın üzərində qaradərili qadın şəkli olacaq backend

Yeni 20 dollarlıq əskinasların üzərində afroamerikalı fəal Harriet Tabmenin şəkli olacaq. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.

Son 100 ildə ilk dəfə ABŞ dollarının üzərində qadın rəsmi əks olunacaq. Bundan əvvəl (1891-1895) ABŞ-ın birinci ledisi Marta Vaşinqtonun şəkli bir dollarlığın üzərində yer almışdı.

Harriet Tabmenin adı tarixə köləliyə qarşı apardığı mübarizə ilə düşüb.

O, 1820-ci ildə Merilənd ştatında kölə ailəsində dünyaya gəlib. 1849-ci ildə şimala qaçan Tabmen orada köləliyə qarşı mübarizə aparan hərəkata qoşulub. Mübarizəsi boyunca 70-dən artıq köləni azad edib.

Hazırda 20 dolların üzərində Birləşmiş Ştatların 7-ci prezidenti Endryu Ceksonun şəkli var.

Ötən il nazirlik açıqlama vermişdi ki, 10 dollarlıq banknotlarda dəyişiklik etmək və ABŞ maliyyə sisteminin əsasını qoyan Aleksandr Hamiltonun rəsmini yerləşdirmək istəyir. Lakin bu təşəbbüs amerikalılar tərəfindən müsbət qarşılanmamışdı.

Maliyyə Nazirliyi dolların üzərində başqa dəyişikliklərin də olacağını bildirib. Məsələn, 10 dollarlıq əskinasların bir tərəfində qadın hüquqları uğrunda mübarizə aparan qadınların, 5 dollarlıq əskinaslarda isə vətəndaş hüquqları uğrunda mübarizə aparan fəalların rəsmləri olacaq.
Diaspora