Bakıda dərman preparatlarının və avtomobillərin istehsalı sahəsində birgə layihələrin reallaşdırılması çərçivəsində Azərbaycan və İran şirkətləri arasında 4 memorandumun imzalanması mərasimi keçirilib.
Trend xəbər verir ki, sənədlər İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Bakıya səfəri çərçivəsində imzalanıb.
Memorandumlar Sumqayıt Kimya Sənaye Parkı, Azərbaycan İnvestisiya Şirkəti, "Azersun Holding" və İranın "Darou Pakhsh" və "Iran Khodro" şirkətləri arasında imzalanıb.