Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimov "Doğan Qrupu"na məxsus “Milta Bodrum Marina”ya şərik olub. Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilənin şərtlərinə görə, ona limanın 50%-nə sahib olma hüququ verilib.
Qeyd edək ki, "Doğan Holdinq"ə məxsus “Milta Bodrum Marina” Egey və Aralıq dənizinin ən nüfuzlu limanları sırasında yer alır. 1976–1988-ci illərdə Türkiyə Turizm Bankına bağlı 125 gəmi ilə fəaliyyətə başlayıb.Hazırda şirkət dənizdə 425, sahildə isə 50 yaxtaya tam texniki xidmət göstərir.