Aprelin 19-da səhər saat 10-dan etibarən Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə başlanılacaq.
Qaziler.az-ın məlumatına görə, “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.Nizami rayonunda daha bir küçədə təmir işlərinə başlanılacaq

