Neft 30 dollaradək ucuzlaşa bilər

Neft 30 dollaradək ucuzlaşa bilər backend

İri neft istehsalçılarının Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməməsi "qara qızıl"ı kəskin ucuzlaşdıra bilər. "APA-Economics" "MarketWatch" nəşrinə istinadən xəbər verir ki, bəzi analitiklər hətta neftin 1 barrelinin dəyərinin 30 dollaradək ucuzlaşmasını gözləyir.


Məsələn, "Natixis"in analitiki Abişek Deşpand hesab edir ki, Doha görüşündən hasil olunan nəticə "olduqca neqativ hadisədir". "Yaxın günlərdə neft 30 dollaradək ucuzlaşacaq", - deyə A. Deşpand bildirib.

UBS-in ekspertləri də onunla razıdır: "Bazardakı 1-1,5 mln. barreldən artıq təklifi OPEC-ə üzv olmayan ölkələr aşağı salmalıdır".

"IG Plc"-nin analitiki Anqus Nikolson isə deyir ki, neftin qiyməti hətta 38 dollardan aşağı düşsə, birjalar çökə bilər.

Maraqlıdır ki, "Saxo Bank"ın baş təhlilçisi Ole Hansen hesab edir ki, II rübdə Brent markalı neftin 1 barrelinin qiyməti 35-45 dollar dəhlizində dəyişəcək.

Bu arada "Goldman Sachs"ın analitikləri hesab edir ki, "Doha faktoru" birjalara neqativ təsir etsə də, qəfildən Küveytin hasilatı azaltması birjalara müsbət siqnal verə bilər. Neftçilərin irimiqyaslı etiraz aksiyası Küveytdə hasilatın 60%, yəni mart ayındakı sutkalıq 2,81 mln. barreldən 1,1 mln. barrelədək azalmasına səbəb olub.
Diaspora