OPEK ölkələrinin Doha görüşü nəticəsiz başa çatdı

OPEK ölkələrinin Doha görüşü nəticəsiz başa çatdı backend

Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatıb.

Qaziler.az AzərTAc-a istinadən bildirir ki, bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib.

Görüşün ziddiyyətli olacağı əvvəlcədən məlum idi. Lakin güman edilirdi ki, iştirakçı ölkələr dünya bazarında neftin qiymətinin artması naminə kompromisə gedəcəklər. Norveçin, İranın və Liviyanın görüşə qatılmaqdan imtina etməsi, Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.

Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirədən sonra yekdillik əldə edilməyib və imzalama mərasimi baş tutmayıb.
Diaspora