Aprelin 15-də Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Bu vəsaitdən 2,4 milyon ABŞ dolları 4 banka satılıb.Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.