Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar bahalaşaraq 41,64 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 43,95 dollar olub.AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar ucuzlaşaraq 44,72 dollar təşkil edib.