Erməni silahlı bölmələrinin döyüş meydanında atıb qaçdığı döyüş vasitələri ələ keçirilib.
QAZİLER.AZ Müdafiə Nazirliyinin mətbuat xidməıtinə istinadən xəbər verir ki, düşmən ordusunun döyüş meydanında atıb qaçdığı silah-sursat, gecəgörmə cihazları, döyüş sənədləri, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.



