​Rusiya və Azərbaycan arasında iki tanker tikintisinə dair saziş imzalanıb

​Rusiya və Azərbaycan arasında iki tanker tikintisinə dair saziş imzalanıb backend

Rusiyanın Nijeqorod vilayətinin "Krasnoe Sormovo" gəmiqayırma zavodu Azərbaycanın CMS şirkəti üçün iki tanker inşa edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə gəmiqayırma zavodunun mətbuat xidməti məlumat yayıb.
""Krasnoe Sormovo" zavodu aprelin əvvəlində "Dəniz və neft-qaz layihələri" Şirkətlər Qrupunun dəstəyi ilə "Caspian Marine Services Limited" şirkəti ilə iki "RST27" layihəli tankerin tikintisi və tədarükünə dair müqavilə imzalayıb", - deyə zavodun məlumatında bildirilir.
Müqaviləyə görə, tankerlər 2016-2017-ci illər ərzində sifarişçiyə təhvil veriləcək.
"RST27" tipli tankerlər neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan "çay-dəniz" sinifli özüyeriyən gəmilərdir. Tanker eyni zamanda iki növ yük daşımaq imkanına malikdir. Gəminin qabarit uzunluğu 140, eni isə 16 metrdir. Dənizdə 4,2 metr suya oturma dedveyti 6980 tondur.
Diaspora