Dünya bazarında neftin qiymətində cüzi bahalaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, gün ərzində "Brent" markalı neftin qiyməti 38.37 dollara qalxıb. Bugünkü hərraclarda WTI neftinin qiyməti isə 36.77 dollara yüksəlib. Ekspertlər qiymətlərin hələ aprelin 17-dək 39-41 dollar ətrafında stabilləşəcəyini qeyd etsələr də, hazırda qiymətlər 39 dollardan aşağıdır.
Qeyd edək ki, aprelin 17-də Dohada OPEK ölkələri və kartelə üzv olmayan neft dövlətlərinin toplantısı keçiriləcək. Bu görüşün nəticələrinin neftin qiymətlərinə təsir edəcəyi gözlənilir.