Azərbaycanda avro və dollar ucuzlaşıb

Azərbaycanda avro və dollar ucuzlaşıb backend

Qaziler.az saytı APA-Economics-ə istinadən xəbər verir ki, bu gün martın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0487 manat səviyyəsində müəyyən edilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0104 manat və ya 0,93% ucuzlaşaraq 1,1019 manat olub.
Diaspora